Azərbaycan yığması İranla qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün ikinci oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, U-17 Bakı vaxtı ilə saat 12:00-da İranın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, U-17 turnir çərçivəsində fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığması ilə üz-üzə gələcək.

Milli ilk oyunda Rusiyaya 0:3 hesabıyla uduzub.