Azərbaycan yığması Bursada türklərə uduzdu

25 may tarixində basketbol üzrə U-16 oğlan millimiz Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışının ilk mərhələsinə başlayıb.

Futbolpress.az xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində yerli Tofaş (U-16) klubu ilə hazırlıq oyununda öz gücünü sınaqdan keçirib. Hazırlıq oyununda Erhan Tokerin rəhbərlik ediyi millimiz rəqibinə 44:71 hesabı ilə məğlub olub.

Hazırlıq prosesində əsas məqsəd 5-13 iyul Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək Avropa çempionatı “C” divizionunun oyunlarına hazırlaşmaqdır. Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi 29 mayda yekunlaşacaq.