Azərbaycan yığmalarının oyunlarının vaxtı bilindi

Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində iştirak edəcək Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol üzrə millilərinin oyun təqvimi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, kişilərdən ibarət yığma iyunun 8-də Ermənistan, Kosovo, Kipr və Albaniya ilə üz-üzə gələcək.

Qadınlar isə Malta və Lüksemburqla üz-üzə gələcək.

Təsnifat mərhələsi iyunun 8-dən 9-dək davam edəcək.

8 iyun

11:30. Ermənistan – Azərbaycan (kişilər)
16:10. Azərbaycan – Kosova (kişilərə)
17:50. Azərbaycan – Malta (qadınlar)
19:40. Kipr – Azərbaycan (kişilər)
23:20. Azərbaycan – Lüksemburq (qadınlar)
23:45. Azərbaycan – Albaniya (kişilər)