Azərbaycan və daha 3 ölkə klubları vahid çempionatda birləşir?

Qazaxıstanın “Kayrat” klubunun direktoru Əsgər Esimov Rusiya, Qazaxıstan, Belarus və Azərbaycan klublarından ibarət vahid liqanın yaradılmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, o, “RB Sport”a müsahibəsində belə ehtimalı düşünmədiyini deyib:

“Birləşmiş Liqa? Öz çempionatımızda, avrokuboklarda oynayırıq və bu variantı düşünmürük. Bu, qeyri-realdır”.