Azərbaycan şpaqaçıları Türkiyədə beynəlxalq turnirdə iştirak etdi

Yeniyetmə şpaqaçılarımız Türkiyənin Antalya şəhərində “Cadet Circuit” çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb.
Futbolpress.az xəbər verir ki, oğlan şpaqaçılarımız komanda yarşında 22 kollektiv arasında 3-cü, qzlar isə 7-ci olub.
Jasmin Əliyeva qızların şəxsi yarışında 3-cü, Rəhman Məmmədov oğlan şpaqaçıların şəxsi yarışında 6-cı, Bəhram Əliyev isə 7-ci olub.