Azərbaycan – Portuqaliya: təyinatlar bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, oktyabrın 25-də Bakıda baş tutacaq görüşü Almaniya və Avstriyadan olan hakimlər briqadası idarə edəcək:

25 oktyabr

Azərbaycan – Portuqaliya
Dalğa Arena. Saat 16:00
Baş hakim: Fabienne Mişel (Almaniya)
Baş hakimin köməkçiləri: Melissa Joos (Almaniya), Amina Sarah Gutşi (Avstriya)
Dördüncü hakim: Karoline Vakker (Almaniya)
VAR hakimləri: Katrin Rafalski, Johann Pfeifer (hər ikisi Almaniya)
Hakim-inspektor: Blajenka Logaruşiç (Xorvatiya)
UEFA nümayəndəsi: Sanja Bosanac Perisic (Monteneqro)