Azərbaycan millisinin üzvləri meydana şəhid övladları ilə çıxıblar

Azərbaycanın qabaqcıl banklarından olan “Bank Respublika”, AFFA və YAŞAT Fondunun birgə təşəbbüsü ilə Azərbaycan və Belarus milli komandaları arasında “Bank Respublika Arena”da keçirilən yoldaşlıq oyununa futbolçularla birlikdə çıxan uşaqların əksəriyyəti şəhid övladları olub.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Uşaqlar xüsusi hazırlanmış formada meydana daxil olublar.