Azərbaycan millisinin üzvü Malayziya klubunda

“Neftçi”dən ayrılan Azərbaycan millisinin üzvü Eddi İsrafilov karyerasını Malayziyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, o, bu ölkənin “Cohor Darul Takzim” komandasına keçib. Eddi ilə 1 illik müqavilə imzalanıb.

İsrafilov 2022-ci ildən “Neftçi”də çıxış edirdi.