Azərbaycan yığması geridönüşlə qələbə qazandı

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanla üz-üzə gəlib. Milli hesabda geri düşsə də, üç qol vuraraq qələbə qazanıb.

Azərbaycan yığması iyunun 7-də sınaq matçında Albaniyaya uduzub – 1:3.

Yoldaşlıq oyunu

11 iyun

Azərbaycan – Qazaxıstan 3:2
Qollar:
Mahir Emreli, 42, Emin Mahmudov, 50 (pen.), Toral Bayramov, 72 – Yan Voroqovskiy, 2, Samorodov, 28
Macarıstan, “Haladaş” stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amil Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivatsyuk 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.

Qazaxıstan: 1. Aleksandr Zaruzkiy (Q), 4. Marat Bstrov, 24. Alıbek Kasım, 22. Aleksandr Maroçkin, 3. Nuralı Alip, 11. Yan Voroqovskiy, 7. Ramazan Orazov, 18. Adilet Sadybekov, 8. Askhat Tagybergen (k), 17. Abat Aymbetov, 10. Maksim Samorodov.