Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı

Azərbaycan milli komandasının iyunun 7-də Albaniya və 11-də Qazaxıstan yığması ilə Macarıstanda keçirəcəyi beynəlxalq yoldaşlıq görüşlərinin hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçiriləcək hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək:

7 iyun
Albaniya – Azərbaycan
“Haladas SportKomplexum”. Saat 21:00
Baş hakim: Mihali Kaprali
Baş hakimin köməkçiləri: İstvan Albert, Gerqo Vigh-Tarsonyi
Dördüncü hakim: İstvan Vad
11 iyun
Azərbaycan – Qazaxıstan
“Haladas SportKomplexum”. Saat 18:00
Baş hakim: Bence Csonka
Baş hakimin köməkçiləri: Theodoros Georgiu, Balazs Szalai
Dördüncü hakim: Reka Molnar