17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisi İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə “Qarabağ”ın üzvü Kənan İsmayılov milliyə dəvət olunub.
Qeyd edək ki, U-17 martın 17-dən 19-dək Bakıda, 20-dən 27-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Komandanın martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə iki yoxlama görüşü təşkil olunacaq.