Azərbaycan millisinin daha 5 boksçusu mərhələ adladı

Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turnirində 1/8 final mərhələsi başa çatıb.

Futbolpress.az xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışın ikinci günündə 1/4 finalçıların adlarına aydınlıq gəlib.

Azərbaycan millisinin daha 5 boksçusu qalib gələrək mərhələ adlayıb.

Yarışın üçüncü günü yarımfinalçılar bəlli olacaq. Döyüşlər saat 14:00-da başlayacaq.

Qeyd edək ki, 9 ölkənin millisinin qatıldığı turnirin qaliblərinin adı aprelin 15-də müəyyənləşəcək.