Azərbaycan millisindən növbəti qələbə

Bu gün Kosovonun paytaxtı Priştina şəhərində 3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi ikinci turda da qələbəyə sevinib.

Yığma Kosovo seçməsinə 14-10 hesabı ilə qalib gəlib. İki oyundan sonra millimiz maksimum göstərici ilə B qrupunda liderdir.

Komandamız ilk görüşdə Ermənistana 21:9 hesabı ilə qalib gəlmişdi.