Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirib.
Futbolpress.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv səfərdə Kosovo ilə üz-üzə gəlib. A qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürüb.
Görüş Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb.
DÇ-2027-nin seçmə mərhələsi
A qrupu
20 fevral
Kosovo – Azərbaycan – 81:79 (20:21, 23:20, 17:18, 21:20)
Qeyd edək ki, yığma fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.