Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Futbolpress.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv səfərdə Kosovo ilə üz-üzə gələcək.
A qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Yığma fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.
Qeyd edək ki, İsveçrə 8 xalla qrupda liderdir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncü pillədə qərarlaşıb.