2025-ci ilin 12-16 fevralında Bakıda ilk dəfə badminton üzrə qarışıq komandaların Avropa çempionatı keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək turnirdə 8 komanda mübarizə aparacaq. 1-ci qrupda yer alan millimizin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmalarıdır. İlk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaq.
Digər qrupda Fransa, Almaniya, Çex Respublikası və Niderland komandaları yer alıb.