Azərbaycan millisi ilk oyunda məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, millimiz ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun komandamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Millinin heyətində qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb. Turnirin bu gün keçirilən digər oyununda Türkiyə milli komandası Qazaxıstan yığması üzərində 5:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, U-17 mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstan, mayın 7-də, saat 12:00-da isə Türkiyə yığması ilə görüşəcək.