Qələbə həsrəti davam edir – estonlarla da bacarmadıq

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv V turda Estoniyanı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Azərbaycan yığması qrupda Estoniyaya birinci oyunda uduzub – 1:3.

UEFA Millətlər Liqası
C Liqası, V tur

16 noyabr

18:00 Azərbaycan – Estoniya 0:0
Qəbələ şəhər stadionu