AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün son oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, milli Bakı idman Sarayında Xorvatiya yığması ilə üz-üzə gəlib. Fasiləyə qədər rəqib 3 qol vurub və hesabda üstünlük qazanıb. İkinci hissədə komandamız Oktay Rüstəmli ilə fərqi azaltsa da, rəqibin yenidən fərqlənməsinə mane ola bilməyib. Yekunda qələbə qazanan Xorvatiya yığması Avropa çempionatının final mərhələsinə yenilgisiz vəsiqə qazanıb.
Azərbaycan – Xorvatiya (0:3) 1:4
Qollar: Oktay Rüstəmli, 21:05 – David Mataja, 5:56, 11:05, Yosip Yurlina, 8:48, Nikola Gudasic, 31:33
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Massimo Nani (San Marino)