3×3 basketbol üzrə qadın millimiz Avropa Kubokunun (2025) təsnifat mərhələsinin final oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, yığma Kipr ilə qarşılaşıb. Matç millimizin qələbəsiylə başa çatıb – 21:18. Yığma Avropa Kubokunun (2025) final mərhələsində iştirak etmək hüququ qazanıb.
Avropa Kubokunun (2025) final mərhələsi 5-7 sentyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq.