Avropa çempionatının əsas mərhələsi çərçivəsində 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Azərbaycan millisi bu gün mübarizəyə başlayıb.
Futbolpress.az xəbər verir ki, yığma ilk oyunda Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb. Startda həyəcanını boğa bilməyən futzalçılar erkən qollar buraxıb. Sonrakı dəqiqələrdə də toparlana bilməyən komanda məğlub olub. U-19 qrupda növbəti oyununu sabah Xorvatiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bosniya və Herseqovina – Azərbaycan (7:1) 10:2
Qollar: Bekir Arnaut, 0:14, 14:22, 15:04, Ammar Hodziç, 3:41, 8:19, Emir Mustafiç, 14:51, Ognjen Markoviç, 19:55, 33:53, Kenan Hrşitiç, 32:00, Kenan Azabagiç, 36:53 – Ədalət Ələkbərov, 12:24, Bəyoğlan Vəlizadə, 33:09
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
26 mart. Omiş. Ribnjak İdman Sarayı. Saat 19:00