Azərbaycan – Macarıstan matçının keçiriləcəyi məkan açıqlandı

Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, A milli komanda rəqibini iyunun 10-da “Liv Bona Dea Arena”da qəbul edəcək.

Qarşılaşmanın başlama saatı barədə daha sonra məlumat veriləcək.