Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları meydançaya çıxıblar.
“AHF Arena”da baş tutan görüşdə 35:26 hesablı qələbə qazanan “Azəryol” adını finala yazdırıb.
“Azəryol”un rəqibi “Kür” – “İdman Akademiyası” matçının qalibi olacaq.