“Qarabağ”la “Sabah” finala yüksəldi

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirildi.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” azarkeşləri önündə “Araz-Naxçıvan”la üz-üzə gəldi. Komandalar arasındakı ilk oyunda naxçıvanlılar qələbə qazanıb – 1:0. Cavab matçı isə “atlılar”ın parlaq qələbəsiylə başa çatdı.

Günün digər matçında isə “Sabah” “Neftçi”ni qəbul etdi. Komandaların ilk oyununda “bayquşlar” qələbəyə sevinmişdi – 2:1. Cavab oyununda “sülh” qeydə alındı.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, cavab oyunları

23 aprel

17:00 Qarabağ – Araz-Naxçıvan 3:0

Qollar: Y.Benzia, 65, N.Axundzadə, 70, T.Bayramov, 77 (pen.)
Baş hakim: Rəvan Həmzəzadə
İlk oyun 0:1

20:00 Sabah – Neftçi 1:1

Qollar: Cesse Sekidika, 23 – Emin Mahmudov, 40
Baş hakim: İnqilab Məmmədov
İlk oyun 2:1