“Araz-Naxçıvan” və “Sabah”dan qələbə

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirildi.

Futbolpress.az xəbər verir ki, hər iki matç eyni gündə baş tutdu.

Günün ilk oyununda “Qarabağ” səfərdə “Araz-Naxçıvan”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Digər görüşdə isə “Neftçi” “Sabah”a məğlub oldu.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar

2 aprel

17:00 Araz-Naxçıvan – Qarabağ 1:0

Qol: Felipe Santos, 28 (pen.)
Baş hakim: Elçin Məsiyev
“Liv Bona Dea Arena”

19:30 Neftçi – Sabah 1:2

Qollar: Y.Matias, 22 – A.Salahlı, 11(avtoqol), P.Şafranko, 53

Baş hakim: Əliyar Ağayev
“Neftçi Arena”