Azərbaycan klubu legioneri ilə vidalaşdı

“Naxçıvan” basketbol klubu oyunçu Cermeyn Marrou ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. ABŞ-dən olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, basketbolçu ötən ilin sentyabrında “Naxçıvan”a keçib.