Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” 18 pillə geriləyib. Komanda 182,75 xalla 52-ci sırada qərarlaşıb.
“Zirə” “atlılar”dan fərqli olaraq 69 sıra yüksəlib. Komanda ötən siyahıda 280-ci idisə, bu dəfə 211-ci pilləni tutub.
“Sabah” 46, “Neftçi” isə 51 sıra geriləyib. “Futuristlər” 428, “ağ-qaralar” isə 482-cidir.
Siyahıya 403 xalla “Real” başçılıq edir.