Azərbaycan karateçiləri Almaniyanın Reqensburq şəhərində keçirilən karate-do üzrə Avropa çempionatında 3 medal qazanıblar.
Futbolpress.az xəbər verir ki, İmran Quluzadə (-72 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Fuda Əliyev isə (+80 kq) yarışı bürünc medalla tamamlayıb.
Yığma komanda yarışında da medal qazanmağı bacarıb. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət qrup qitə çempionatını bürünc medalla başa vurub.