Azərbaycan gimnastlarından “qızıl”

Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qarışıq cütlük 19.350 xalla birinci olub.