Azərbaycan futbolunda növbəti skandal: oyunçu tapılmadı, meydana 10 nəfər çıxdı

“Füzuli” klubu Azərbaycan II Liqasında VII turun “Göygöl”lə səfər oyununa 10 nəfərlə çıxıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb komandanın oyunçu tapa bilməməsidir.

İlk hissədən sonra “Göygöl” 10 nəfərlə oynayan rəqibinə 4:0 hesabıyla qalib gəlir.

Dünən “Lerik” komandası maliyyə problemləri səbəbindən “Şəfa” ilə səfər oyununa getməmişdi.