Azərbaycan cüdoçusu dünya çempionatında iştirak edə bilməyəcək

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) dünya çempionatında iştirak edə bilməyəcək.

Futbolpress.az xəbər verir ki, o, Monteneqronun paytaxtı Podqoritsada keçirilən böyüklər arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.

Fətiyev bu səbəbdən dünya çempionatında iştirak etməyəcək.