Azərbaycan boksçuları beynəlxalq yarışda iştirak edəcək

Bu gün Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialı start götürəcək.

Futbolpress.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu beynəlxalq turnirdə Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov, Əzrək Bəbirov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadəyə (75 kq) şans verəcəklər.

Memorialda Rusiya və Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Belarus və Serbiya boksçuları da mübarizə aparacaqlar.

Turnirdə Azərbaycanı hakimi kimi isə Qalib Əbiyev təmsil edəcək.