Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün “Bank Respublika Arena”da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq.
Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.