Azərbaycan Kubokunda “Ağdaş”ı məğlub edən “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 6:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Kubok yarışında aşağı liqa klublarının iştirakı komanda sayını artırıb. İkinci liqa təmsilçiləri ilə Premyer Liqa klubları arasında təbii ki, böyük fərq var. Bu, bütün komponentlərdə özünü göstərir. Düşünürəm ki, növbəti illərdə daha yaxşı, mübarizəli oyunları izləyəcəyik. “Ağdaş” kollektivinə növbəti oyunlarda uğurlar arzulayıram. Özümüzə gəlincə, qarşıda çətin çempionat matçı olduğundan zədəsiz oyun keçirmək istəyirdik. Uşaqlar meydançada qaçdılar, oynadılar. Əvəzedici komandamızdan gənclərə də şans verdik. Onların oyununa baxdıq”.