Azər Bağırov: “Komandada təzyiq var“

Azərbaycan Premyer Liqasının XXIX turunun “Sabah” – “Kəpəz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Azarkeşlər çox sağ olsun, bizi dəstəklədilər. Maraqlı matç alındı. Qolumuzu vurub, arxaya çəkildik və istədiyimiz qələbəni qazandıq.

– Uda biləcəyiniz komandalara xal itirirsiz, amma güclüləri məğlub edirsiniz.
– Komandada təzyiq var. Özümüzə yaxın rəqiblərlə matçda itirməkdən qorxursan. Amma belə matçlarda daha rahat oluruq. Təzyiq elə-belə şey deyil. Güclü rəqiblərə qarşı daha rahat oynayırıq. Psixoloji söhbətlər edəcəyik. Futbolçuya itirməkdən yox, qazanmaqdan danışmalısan.

– “Səbail”lə fərqi 7-yə yüksəldiniz. Elitada qaldığınızı demək olar?
– Hələ xeyr. İndi bunu düşünmək yanlış olar. Mübarizə davam edir.

– Deyilənə görə, yeni gələcək rəhbərlik sizə əvəzləyici axtarması haqda söhbət gəzilir. Reallıq nə yerdədir?
– Cavablandıra biləcəyim sual deyil. Qarşımda hədəf var və ona çatmalıyam. Rəhbərliklə danışanda müsbət fikirlər var. Ümid edirəm ki, növbəti mövsümdə daha yaxşı “Kəpəz” görəcəyik.

– Şayiələr sizə necə təsir edir?
– İlk vaxtlar narahatlıq yarada bilər. Amma bu gün meydanda uşaqların mübarizəsini gördünüz. Ona görə bu söhbətlər boşdur.

Şahin Cəfərov