Ayxan Abbasovdan qələbə şərhi

Azərbaycan Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini…

– Fasilədən sonra yenidən yarışa qoşulmaq çətin olur. Futbolçular yaxşı mübarizə apardı və erkən qolla qələbə qazandıq. Xalımızın üzərinə xal gəldi. Bundan sonra daha çətin olacaq.

– Belajdi Pusinin 90 dəqiqə oynamağa gücü çatmadı, ya taktiki gedişlərinizə görə əvəzləyirsiniz?

– Hücumda ondan çox şey istəyirik. Yorulur və təkbaşına rəqib müdafiəsini təzyiq altında saxlayır. Sarı vərəqəsi var idi və rəqib ona təzyiq edirdi. Ona görə əvəzləməyə qərar verdik.

– Kantariyanın əvəzlənməsi nə ilə bağlıdır?

– Kiçik zədəsi var idi və oyunun birinci hissəsinin sonuna yaxın ağrıları başlamışdı.

– Yaxşı əks-hücum qurursunuz, ancaq qolla sonlanmır… 

– “Araz-Naxçıvan”la oyunda belə hücumlarımız alınmırdı. Baxır rəqibə. Rüfət gənc futbolçudur, bu gün bəlkə də, 4-5 epizodda daha soyuqqanlı ola bilsəydi, ikinci qolu vurardıq. Amma oynamalıdır ki, situasiyaya öyrəşsin.

Şahin Cəfərov