“Turan Tovuz”la yolları ayrılan Ayxan Abbasovun işsiz günləri çox çəkməyə bilər.
Premyer Liqaya yüksələn “Şamaxı” baş məşqçi postuna onu gətirmək istəyir. Bu haqda Abasov “FutbolPress“ə açıqlamasında dedi:
“İlkin danışıqlarımız olub, ancaq hələ hər iki tərəfdən suallar var. Onlara da aydınlıq gəlsə, real nəticədən danışmaq olar”.
“Şamaxı”da dünən baş məşqçi Ramiz Məmmədovla yollar ayrılıb. I Liqada çempion olan “şirlər” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.