Ayxan Abbasov: “Qışdan sonra fərqli “Şamaxı” görəcəksiniz”

Azərbaycan Premyer Liqasının XVII turunun “Şamaxı” – “Səbail” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:

– İki tərəfə də xallar lazım idi. Çətin və gərgin oyun oldu. Üstəlik, hava şəraiti də vəziyyəti ağırlaşdırdı. Şükürlər olsun, zədə olmadı. İki komanda da standart vəziyyətlərə bel bağlamışdı və epizodlar yaradıldı. Bizimçün vacib xal oldu. Böyük itkilərimiz var. Qış fasiləsinə qədər mübarizəmizi aparacağıq. “Şamaxı” olaraq başqa məqamda qalib gəlirik ki, yerli adlar meydana çıxır. Rauf, Edqar, Rüfət kimi gənclər çox şans qazanırlar. Eyni zamanda Səbayıl, Arsen… Çətin vaxtdır, səbr etməliyik. Klubla danışırıq bu mövzuları. Qışdan sonra fərqli “Şamaxı” görəcəksiniz. Bu mübarizədə sona qədər olacağıq. Belə vəziyyətlər klubun böyüməsinə səbəb olacaq. Bilirəm, azarkeşlər də qələbə istəyir. Səbirli olmaq və dəstək göstərmək lazımdır.

– Stadionu daha tez təmizləmək olmazdı?
– Əvvəl çempionat tez bitirdi. Bu gün anidən qar yağsa, çempionatda çox oyun təxirə gedə bilər. Bu gün qorxduğumuz o idi ki, futbolçular zədələnə bilərlər. Lakin nəzərə almalıyıq ki, qış aylarıdır və belə hallar ola bilər. Texnikalar stadionlarda hazır vəziyyətdə olmalıdır.

Şahin Cəfərov