Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları söyləyib:
“Bilirdik ki, çətin oyun olacaq. Rəqib matça geridönüş kimi yanaşırdı. Futbolçularıma təşəkkür edirəm. Daha yaxşı olmağa çalışırlar. Bizimçün mühüm qələbə ilə. Bundan sonrası daha çətin olacaq. Hazırlaşıb, yolumuza davam edəcəyik”.