“Tottenhem”in transferdə əsas hədəfi odur

İngiltərənin “Tottenhem” klubu yeni mövsümə hazırlıqları davam etdirir.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, London klubu hücum xəttini möhkəmləndirmək üçün “Brentford”dan Ayvan Tonini heyətinə qatmaq istəyir.

Xəbərə görə, “Tottenhem” bu transferi prioritet hesab edir.

Ayvan Toni 2020-ci ildən “Brentford”da çıxış edir. Bu klubda 141 oyuna çıxan ingiltərəli forvard 72 qol və 23 ötürmə ilə diqqət çəkib. Hücumçunun hazırki komandası ilə 2025-ci ilə qədər müqaviləsi var.