“Lion”da baş məşqçi ayrılığı gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Pyer Saje istefaya göndərilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
Saje 2023-cü ilin yayından “Lion”a rəhbərlik edirdi. Komanda 19 turdan sonra 30 xalla 6-cı sıradadır.