“Ayın qolu” layihəsinin qalibi mükafalandırıldı

II Liqada “Ayın qolu” layihəsinin ilk qalibi “Dinamo” futbol klubunun üzvü Valeh Seyidov mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VII turun “Dinamo” – “Saatlı-Araz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.