Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” turniri sona yaxınlaşır.
Futbolpress.az xəbər verri ki, XII turda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Frederik Sveynə (Almaniya) qalib gəlib.
Bu, şahmatçının yarışda 6-cı qələbəsi olub. 8,5 xal toplayan Aydın əlavə göstəricilərdə rəqiblərini qabaqlayaraq birinci yerdə qərarlaşıb. Bu gün son turun görüşləri keçiriləcək.