Ayaz Quliyev: “Futbol üçün darıxmışdım”

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Sabah” – “Səbail” (1:0) matçında meydan sahibləri sevinən tərəf oldu.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın yarımmüdafiəçisi Ayaz Quliyev uzunmüddətli zədədən döndükdən sonra klubun mətbuat xidmətinə açıqlama verib. Quliyev yaşıl meydanlar üçün darıxdığını etiraf edib:

“Futbol üçün darıxmışdım. Nəhayət ki, meydana qayıtdım. İlin sonunda da olsa, buna nail oldum. Çox sevinirəm. Xüsusən də uzunmüddətli çətin dövrdən sonra qələbə qazandığımıza görə şadam. Hər şey yaxşıdır”.