“Ayaks” üçün Amsterdama getdi

“Ayaks” yeni baş məşqçisini açıqlamağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Niderland təmsilçisinin sükanı Françesko Farioliyə tapşırılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Mütəxəssis klubla danışıqları tamamlamaq üçün Amsterdama gedib.

Farioli hazırda “Nitsa”nın baş məşqçisidir. Onunla yaxın zamanda müqaviləyə xitam veriləcək.

“Nitsa” Fransa Liqa 1-də mövsümü 55 xalla 5-ci sırada bitirib.