UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Futbolpress.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Françesco Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Niderland təmsilçisinin “Neftçi Arena”da keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 12:45-də başlayacaq.