“Ayaks” 35 yaşlı baş məşqçiyə əmanət

“Ayaks” yeni baş məşqçisini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Amsterdam təmsilçisinin sükanı Françesko Farioliyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Farioli bundan əvvəl “Nitsa”ya rəhbərlik edib. Komanda onun başçılığı altında Liqa 1-i beşinci sırada bitirib.