Avrvo-2024: Türkiyənin oyunu argentinalılara tapşırıldı

Avro-2024-ün qrup mərhələsinin I turunda sabah keçiriləcək Türkiyə – Gürcüstan oyununun hakimi açıqlamıb.

Futbolpress.az xəbər verir ki, matçı Argentinadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fakundo Tello olacaq. Ona yan xətt hakimləri Qabriel Çade və Esekyel Braylovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını litvalı Donatas Rumsas yerinə yetirəcək.

VAR-a ispaniyalı Alexandro Hernandes nəzarət edəcək.

Sabah keçiriləcək görüşə saat 20:00-da start veriləcək.