“Qalatasaray”ın qapıçısı Fernando Muslera açıqlama verib.
Futbolpress.az xəbər verir ki, uruqvaylı qolkiper karyerası ilə bağlı planlarından danışıb:
“Düşünürəm ki, Avropadakı karyeramı “Qalatasaray”da sonlandıracam. İndiki məqamda Uruqvaya qayıtmağı fikirləşmirəm, amma futbolda hər şey ola bilər. İndi bütün diqqətim növbəti mövsümdədir. Sonrasına baxacağıq”.
Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir. 37 yaşlı qapıçının sözləşməsi 2025-ci ilin yayına kimidir.