“Avropadakı karyeramı “Qalatasaray”da sonlandıracam”

“Qalatasaray”ın qapıçısı Fernando Muslera açıqlama verib.

Futbolpress.az xəbər verir ki, uruqvaylı qolkiper karyerası ilə bağlı planlarından danışıb:

“Düşünürəm ki, Avropadakı karyeramı “Qalatasaray”da sonlandıracam. İndiki məqamda Uruqvaya qayıtmağı fikirləşmirəm, amma futbolda hər şey ola bilər. İndi bütün diqqətim növbəti mövsümdədir. Sonrasına baxacağıq”.

Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir. 37 yaşlı qapıçının sözləşməsi 2025-ci ilin yayına kimidir.